BBC News, Azərbaycanca - Xəbərlər

Digər xəbərlər

Təhlil

  • Bakıda fəallara qarşı hücumlar əleyhinə etiraz aksiyası

    Bakının mərkəzindəki Fəvvarələr meydanında ictimai xadimlərə və fəallara qarşı hücumlar əleyhinə aksiya keçirilib. Bir saatdan çox davam edən aksiyada iştirakçılar "Kriminal dövlət istəmirik", "Öldürmə ədaləti", "Dayandır cinayəti", "Mafiya dövlət istəmirik" şüarlarını səsləndiriblər. Polis aksiya başlamazdan əvvəl bəzi iştirakçıları saxlayaraq oradan uzaqlaşdırsa da, sonradan etirazçılara öz bəyanatlarını səsləndirməyə imkan verilib.

  • "Azərbaycan xalqına söz vermişəm", Eurovision 2022 təmsilçisi Nadir Rüstəmli ilə söhbət

    Azərbaycanı Eurovision Mahnı Müsabiqəsində təmsil edən Nadir Rüstəmli BBC News Azərbaycancanın suallarına cavab verir.

  • Qobustanda təqaüdçülərin yol keçidi problemi: "İki kilometr gedib yeraltından keçməliyəm"

    18 mindən çox sakini olan Qobustan qəsəbəsinin bəzi sakinləri şəraitsizlikdən, əyləncə yerinin olmamasından, istirahət yerlərinin yoxluğundan şikayətçidirlər. Azərbaycan Avtomobil Yolları Dövlət Nəqliyyatının nümayəndəsi deyir ki, bu məsələ qurumun diqqətindədir. BBC News Azərbaycanca bölgəyə baş çəkərək, yerli sakinlərlə danışıb.

  • Bakıda tələbələrin etirazı: "Pulsuz təhsil istəyirik"

    Mayın 5-də bir qrup tələbəni birləşdirən Tələbə Güc Mərkəzi təşkilatının təmsilçiləri Fərid İmanov və Sahib Quliyev Təhsil Nazirliyi önündə aksiya keçirib. Gənclər təhsildə olan problemlərə etiraz edib və təkliflər irəli sürüb.

  • Bakıda qazilərin aksiyası: "Bizi niyə incidirlər axı"

    Bakıda mayın 5-də İkinci Qarabağ müharibəsində yaralanmış bir neçə keçmiş hərbçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki DOST mərkəzinin önündə aksiya keçirib. Keçmiş hərbçilər hələ də sığorta ödənişlərinin tam ödənilməməsinə etiraz edirlər.

Digər xəbərlər

Covid19

Qadınlar

Ukraynadan surroqat ana seçənlər müharibəyə görə körpələrini götürə bilmirlər

Digər Avropa ölkələrindən fərqli olaraq Ukraynada surroqat anadan doğulan körpənin doğum haqqında şəhadətnaməsində uşağı doğan qadının yox, onun valideyni olmaq istəyən şəxsin adı yazılır.

Həyat

Qaxda Kürmükoba bayramı - şəkillər

Azərbaycanın Qax rayonunda yerli sakinlər pandemiyaya görə yaranan fasilədən sonra yenidən Kürmükoba bayramını qeyd edirlər.

Yüksək qan təzyiqi nədir? Hipertoniyanın müalicəsi və riskləri - 8 suala cavabda

Hər il mayın 17-də bütün dünyada Ümumdünya Hipertoniya Günü qeyd olunur. Bu, ictimaiyyətin diqqətini yüksək qan təzyiqi və onunla əlaqəli risk faktorlarına yönəltmək məqsədi daşıyır. Yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. O, ürək tutması və beyin qanaması törədə bilər. BBC News Azərbaycanca yüksək qan təzyiqi ilə bağlı məlumatları bir araya gətirib.

Şəxsi məlumatlarınızı "Google Axtarış" sistemindən necə sildirə bilərsiz?

Bu yaxınlarda "Google" bəyan edib ki, istifadəçilər tələb edərsə, internetin axtarış nəticələrindən onlara aid məlumatları (ev ünvanı, e-poçt ünvanı, şəxsiyyət vəsiqəsinin və telefonun nömrəsi) siləcək.

Dərgi

Körpə yuxusu necə olmalıdır? Miflər və faktlar

Yeni doğulmuş körpələrdə yuxunun reqressiya etməsi fikri doğru deyil. Onların gecələr oyanması normal haldır. Üstəlik, bu, körpələri Ani Körpə Ölümü Sindromundan da qoruyur. Başqa sözlə, 12 saatlıq yuxu rejimi qızıl standart hesab olunmamalıdır. Alimlər bunu bilməyimizi istəyirlər.

Ukrayna müharibəsi

Bunları da oxuyun